[b]Rasim Ramaldanov: Başqa klubdan təklif almışam[/b]
22.12.2014 - 17:50
[b]Rasim Ramaldanov: Başqa klubdan təklif almışam[/b]

“Komandamızdan bir çox futbolçunun göndəriləcəyi haqda söz-söhbətlər yayılıb. Bizim isə heç nədən xəbərimiz yoxdu”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun müdafiəçisi Rasim Ramaldanov deyib.

 

“Ağ-yaşıllar”la mövsümün sonuna qədər müqaviləsi olan Ramaldanovun da adı komandadan gedə biləcək futbolçuların sırasında çəkilir. Başqa klublardan təklif aldığını gizlətməyən Rasim hələlik gözləmə mövqeyi tutduğunu bildirib: “Təkliflər almışam. Özü də 1 yox, bir neçə klub mənimlə maraqlanır. Amma hələ heç birinə cavab verməmişəm. Çünki “Xəzər Lənkəran”ın futbolçusuyam. Hələlik rəhbərlik bizə bir söz deməyib. Yazırlar ki, komandada cəmi 4 yerli oyunçu saxlanılacaq. Əgər bu xəbər düz çıxsa, digər təklifləri nəzərdən keçirməli olacam. Qalmağımı istəsələr, məmnuniyyətlə qalaram. Müqavilə ilə mövsümün sonuna kimi “Xəzər Lənkəran”da qalmalıyam”. 

0