Ronaldinyo itkin düşdü, prezident qəzetlərə elan verdi
22.12.2014 - 18:15
Ronaldinyo itkin düşdü, prezident qəzetlərə elan verdi

Meksikanın “Kueretaro” klubunun yeni transferi Ronaldinyo yenə gündəmə gəlib. Apasport.az saytı xəbər verir ki, ulduz futbolçu artıq 15 gündü komandanın məşqlərinə qatılmır.

 

Buna qəzəblənən klub prezidenti Arturo Villanueva qəzetlərə elan verib. Prezident həmin elanda Ronaldinyonun itkin düşdüyünü qeyd edib və futbolçunu görənlərdən kluba xəbər verməyi xahiş edib. Villanueva düşərgəyə qayıtdıqdan sonra braziliyalı yarımmüdafiəçini ciddi məbləğdə cərimələyəcəklərini də qeyd edib.

 

Meksika mətbuatı isə “Kueretaro”nun yalnız forma satışı üçün Ronaldinyo ilə müqavilə imzaladığını iddia edib.

0