[b]Rio-2016: Avarçəkənlərimiz medal şansını itirdilər - YENİLƏNİB[/b]
09.08.2016 - 17:48
[b]Rio-2016: Avarçəkənlərimiz medal şansını itirdilər - YENİLƏNİB[/b]

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında akademik avarçəkmə yarışları üzrə yarımfinal yarışları keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı təmsilçiləri Aleksandr Aleksandrov - Boris Yotov dueti də mübarizə aparıb.

 

2000 m məsafəyə yürüş idmançılarımız üçün uğursuzluqla nəticələnib. Serbiyalı Marko Maryanoviç - Andriya Slyukiç, italiyalı Françesko Fossi - Romano Battisti, litvalı Mindauqas Qrişkonis - Saulius Ritter, fransalı Uqo Buşeron - Matyö Androdias və almaniyalı Marsel Hakker - Ştefan Krüger duetləri ilə yarışan avarçəkənlərimiz finiş xəttinə sonuncu - 6-cı çatıblar. Onlar lider olan litvalı duetdən (6:14.61) nə az, nə çox 22,88 saniyə geri qalıblar. Reqlamentə əsasən, ilk “üçlük” finala vəsiqə qazanıb.

 

Aleksandrov - Yotov dueti yarımfinalda iştirak edən 12 ölkə arasında isə 11-ci olub. Onlar avqustun 11-də saat 15:50-də 7-12-ci yerlər uğrunda təsəlliverici yarışa qatılacaqlar.

 

Təmsilçilərimizin rəqibləri Serbiya, Almaniya, Yeni Zelandiya, Avstraliya və Bolqarıstan duetləri olacaqlar.  

0