AVRO-2012-də yeni rekord
13.06.2012 - 10:28
AVRO-2012-də yeni rekord
Çexiya millisinin futbolçusu Petr Yiraçek AVRO-2012-nin tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, Yunanıstanla oyunun 3-cü dəqiqəsində hesabı açan 26 yaşlı yarımmüdafiəçi turnirin ən erkən qolunun müəllifi olub.

Hakimin start fitindən 2 dəqiqə 14 saniyə sonra fərqlənən Yiraçek 2 gün əvvəl erkən qol vuran Mario Mandjukiçin rekordunu 24 saniyə yeniləyib.

Almaniyanın “Volfsburq” klubunda çıxış edən çexiyalı Avropa çempionatlarının final mərhələləri tarixində 3-cü göstəriciyə şərik olub. Əfsanəvi Alan Şirerə çatan Petr yalnız postsovet məkanı təmsilçilərindən geri qalır. Yiraçek rusiyalı Dmitri Kiriçenkodan 2 dəfə gec fərqlənibsə, Sergey Aleynikovdan səmi 7 saniyə geri düşüb.

yertarixfutbolçuoyunhesabDəqiqə
120.06.2004Dmitri Kiriçenko (Rusiya)Rusiya - Yunanıstan2:11:07
218.06.1988Sergey Aleynikov (SSRİ)ingiltərə - SSRİ1:32:07
3-412.06.2012Petr Yiraçek (Çexiya)Çexiya - Yunanıstan2:12:14
3-426.06.1996Alan Şirer (İngiltərə)Almaniya – İngiltərə1:1, p.5:62:14
524.06.2004Maykl Ouen (İngiltərə)Portuqaliya – İngiltərə2:2, p.5:62:25
613.06.1996Xristo Stoiçkov (Bolqarıstan)Bolqarıstan - Rumıniya1:02:27
710.06.2012Mario Mandjukiç (Xorvatiya)Xorvatiya - İrlandiya3:12:38
0