24 Avqust 11:04 “18 medalın nə olduğunu təsəvvür etmək çox çətindi” - Çingüz Hüseynzadə
Rio-2016 xəbərləri 24 Avqust 11:04
669 baxış

“18 medalın nə olduğunu təsəvvür etmək çox çətindi” - Çingüz Hüseynzadə

“İdmançılarımız Olimpiadadan böyük qələbə, böyük uğurla qayıdıblar. 18 medalın nə olduğunu təsəvvür etmək çox çətindi”. Apasport.az saytının məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingüz Hüseynzadə deyib.

 

Qurum rəsmisi Azərbaycan yığmasının Rio-De-Janeyro Yay Olimpiya Oyunlarında çıxışına münasibət bildirib. Onun sözlərinə görə, yığmamızın Olimpidada 1 qızıl, 7 gümüş və 10 bürünc medal qazanması tarixi hadisə və böyük uğurdu: “Biz 18 medalla dünyada ilk “15-lik”dəyik. 56 idmançılarımızdan 18-i, yəni 1/3-i medal qazanıb. Hansısa ölkədə belə nəticə yoxdu və bu siyahıda birinciyik”.

 

Qeyd edək ki, Azərbaycan millisi Rio-2016-da rekord sayda medal qazanıb.  

Xəbər lenti