[b]Azərbaycanla Ermənistanın fərqi[/b]
29.04.2016 - 10:16
[b]Azərbaycanla Ermənistanın fərqi[/b]

Postsovet məkanında Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanan ölkələrin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, sabiq SSRİ ölkələri hələlik birgə 875 vəsiqə qazanıblar.

 

Siyahıya Rusiya başçılıq edir. Şimal qonşularımızın aktivində 290 lisenziya var. Onları həmişə olduğu kimi, Ukrayna və Belarus izləyir. Azərbaycan bu siyahıda 7-ci pillədə qərarlaşıb. Aktivində 43 vəsiqə olan yığmamız 8 ölkəni arxada qoyur.

 

Millimiz 8-ci yerdə olan Estoniyanı 12 lisenziya qabaqladığı halda, 6-cı pilləni tutan Özbəkistandan cəmi 2 vəsiqə geri qalır. Müqayisə üçün bildirək ki, Azərbaycan Ermənistanı 2 dəfədən də çox qabaqlayır.

 

 

N

Ölkə

Lisenziya sayı

1

Rusiya

290

2

Ukrayna

149

3

Belarus

106

4

Qazaxıstan

74

5

Litva

58

6

Özbəkistan

45

7

Azərbaycan

43

8

Estoniya

31

9

Gürcüstan

22

10

Ermənistan

21

11

Moldova

16

12

Latviya

11

13

Qırğızıstan

8

14

Tacikistan

1

15

Türkmənistan

0

 

Qeyd edək ki, Rio üçün lisenziya turnirləri davam edir. 

0