24 Avqust 10:15 “Həyatımda nə dəyişə bilər ki?” – Radik İsayev
Rio-2016 xəbərləri 24 Avqust 10:15
2226 baxış

“Həyatımda nə dəyişə bilər ki?” – Radik İsayev

“Qarışıq hisslər keçirirəm. Nə baş verdiyini başa düşmürəm”. Apasport.az saytının məlumatına görə, bunu Rio-2016-da Olimpiya yığmamıza yeganə qızıl medalı qazandıran Radik İsayev deyib.

 

Taekvondoçumuz onu Heydər Əliyev Beynəlxalq Hava Limanında onu qarşılayan KİV nümayəndələrinin suallarını cavablandırıb. O bildirib ki, fəxri kürsüyə yüksəlməsində hər bir kəsin əməyi böyükdü: “Bakıya indi qayıtmışam. Bu qısa müddətdə həyatımda nə dəyişə bilər ki? Qızıl medal münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm. Bu təkcə mənim yox, ümumi uğurdu. Burda hamının xidməti var”.

 

İsayevin sözlərinə görə, Olimpiya tarixində ilk dəfə medal qazanan taekvondoçularımızın bəzi döyüşlərdə bəxti də gətirməyib. O bildirib ki, nəticə daha da yaxşı ola bilərdi: “Öncədən irəli baxıb nəsə proqnoz vermək çətin idi. Amma çempionluğa ümid edirdim. Ardıcıl döyüşlərə çıxdım. Nəticə də göz qabağındadı. Əlbəttə ki, Olimpiya çempionu olmaq xoş bir hissdi. Komanda yoldaşlarım da daha yaxşı çıxış edə bilərdi. Amma haradasa nəsə alınmadı, müəyyən qədər bəxt gətirmədi. Yoxsa nəticəmiz daha yaxşı ola bilərdi. Fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqla müsbət hisslər yaşadım”.

 

Qeyd edək ki, Rio-2016-ya 4 idmançı ilə yollanan taekvondo yığmamız Oyunlarda 1 qızıl və 2 bürünc medal qazanıb. 

Xəbər lenti