[b]Rio-2016: Azərbaycan 207 ölkə arasında 15-ci![/b]
22.08.2016 - 10:11
[b]Rio-2016: Azərbaycan 207 ölkə arasında 15-ci![/b]

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, 17 gün davam edən mübarizənin yekununda 28 növdə fəxri kürsüyə yüksələnlərin adına aydınlıq gəlib və 307 qızıl, 307 gümüş və 361 bürünc mükafatçı müəyyənləşib.

 

Ümumilikdə, 207 ölkədən 87-si qazanıbsa, onlardan 59-u çempionluq sevinci yaşayıb. Rioda himni səslənən ölkələr sırasında Azərbaycan da yer alıb. Cənubi Amerikaya 56 idmançı ilə yollanan Olimpiya yığmamızın qazancı 1 qızıl, 7 gümüş və 10 bürünc medal olub.

 

Millimizin heyətində taekvondoçu Radik İsayev (+80 kq) birinci, cüdoçular Rüstəm Orucovla (73 kq), Elmar Qasımov (100 kq), güləşçilər Toğrul Əsgərov (65 kq), Xetaq Qazyumovla (97 kq), Mariya Stadnik (48 kq), boksçu Lorenzo Sotomayor (64 kq), kanoeçi Valentin Demyanenko (200 m) ikinci, taekvondoçular Patimat Abakarova (49 kq) ilə Milad Beiqi Harçeqani (80 kq), boksçu Kamran Şahsuvarlı (75 kq), güləşçilər Rəsul Çunayev (66 kq), Sabah Şəriəti (130 kq), Nataliya Sinişin (53 kq), Hacı Əliyev (57 kq), Cəbrayıl Həsənov (74 kq), Şərif Şərifov (86 kq), kayakçı İnna Osipenko-Radomskaya (200 m) isə üçüncü yeri tutub.

 

Bu, Azərbaycan üçün yeni rekorddu. Komandamız London-2012 ilə müqayisədə medal əyarını yaxşılaşdıra bilməsə də, mükafat sayında və medal qazanılan idman növlərinin sayında rekord müəyyənləşdirib. Əgər 4 il öncə Böyük Britaniyada 10 mükafatı (2-2-6) 3 idman növündə əldə etmişdiksə, bu dəfə 18 medalı 5 idman növündə qazanmışıq. Yəni hər 2 göstəricidə təxminən ikiqat irəliləyiş əldə olunub. Boks, taekvondo və kanoe və kayakda ilk dəfə fəxri kürsüdə yer almışıq.

 

Yığmamız bu nəticə ilə mükafat qazanan ölkələr arasında 39-cu pillədə qərarlaşıb. Sabiq SSRİ ölkələri sırasında Rusiya, Özbəkistan, Qazaxıstan, Ukrayna və Gürcüstandan geri qalmışıq. Medal sayına görə siyahıda isə 15-ci yerdəyik və yalnız Rusiya bizdən öndədi.

 

Siyahını ABŞ öndə bitirib. Onlar 46 qızıl, 37 gümüş və 38 bürünc medal qazanmaqla, həm qızıl həm də ümumi medal sayında hamını qabaqlayıb. Böyük üstünlüklə birinci olan amerikalılar ən yaxın izləyicisi Böyük Britaniyanı 54 medal geridə qoyublar. İlk “üçlüy”ü isə Çin qapayıb.

 

 

N

Ölkə

Qızıl

Gümüş

Bürünc

Cəmi

1

ABŞ

46

37

38

121

2

Böyük Britaniya

27

23

17

67

3

Çin

26

18

26

70

4

Rusiya

19

18

19

56

5

Almaniya

17

10

15

42

6

Yaponiya

12

8

21

41

7

Fransa

10

18

14

42

8

Cənubi Koreya

9

3

9

21

9

İtaliya

8

12

8

28

10

Avstraliya

8

11

10

29

11

Hollandiya

8

7

4

19

12

Macarıstan

8

3

4

15

13

Braziliya

7

6

6

19

14

İspaniya

7

4

6

17

15

Keniya

6

6

1

13

16

Yamayka

6

3

2

11

17

Xorvatiya

5

3

2

10

18

Kuba

5

2

4

11

19

Yeni Zelandiya

4

9

5

18

20

Kanada

4

3

15

22

21

Özbəkistan

4

2

7

13

22

Qazaxıstan

3

5

9

17

23

Kolumbiya

3

2

3

8

24

İsveçrə

3

2

2

7

25

İran

3

1

4

8

26

Yunanıstan

3

1

2

6

27

Argentina

3

1

0

4

28

Danimarka

2

6

7

15

29

İsveç

2

6

3

11

30

CAR

2

6

2

10

31

Ukrayna

2

5

4

11

32

Serbiya

2

4

2

8

33

Polşa

2

3

6

11

34

KXDR

2

3

2

7

35 - 36

Belçika

2

2

2

6

 

Tailand

2

2

2

6

37

Slovakiya

2

2

0

4

38

Gürcüstan

2

1

4

7

39

Azərbaycan

1

7

10

18

40

Belarus

1

4

4

9

41

Türkiyə

1

3

4

8

42

Ermənistan

1

3

0

4

43

Çexiya

1

2

7

10

44

Efiopiya

1

2

5

8

45

Sloveniya

1

2

1

4

46

İndoneziya

1

2

0

3

47

Rumıniya

1

1

3

5

48 - 49

Bəhreyin

1

1

0

2

 

Vyetnam

1

1

0

2

50

Çin Taypeyi

1

0

2

3

51 - 53

Baham adaları

1

0

1

2

 

Fil Dişi Sahili

1

0

1

2

 

MOK

1

0

1

2

54 - 59

Fici

1

0

0

1

 

İordaniya

1

0

0

1

 

Kosovo

1

0

0

1

 

Puerto-Riko

1

0

0

1

 

Sinqapur

1

0

0

1

 

Tacikistan

1

0

0

1

60

Malayziya

0

4

1

5

61

Meksika

0

3

2

5

62 - 63

Əlcəzair

0

2

0

2

 

İrlandiya

0

2

0

2

64

Litva

0

1

3

4

65 - 66

Bolqarıstan

0

1

2

3

 

Venesuela

0

1

2

3

67 - 68

Hindistan

0

1

1

2

 

Monqolustan

0

1

1

2

69 - 73

Burundi

0

1

0

1

 

Qrenada

0

1

0

1

 

Niger

0

1

0

1

 

Filippin

0

1

0

1

 

Qatar

0

1

0

1

74

Norveç

0

0

4

4

75 - 76

Misir

0

0

3

3

 

Tunis

0

0

3

3

77

İsrail

0

0

2

2

78 - 87

Avstriya

0

0

1

1

 

Dominikan Respublikası

0

0

1

1

 

Estoniya

0

0

1

1

 

Finlandiya

0

0

1

1

 

Mərakeş

0

0

1

1

 

Moldova

0

0

1

1

 

Nigeriya

0

0

1

1

 

Portuqaliya

0

0

1

1

 

Trinidad and Tobaqo

0

0

1

1

 

BƏƏ

0

0

1

1

 

0