[b]Yığmamız liderlər sırasında və ya Ermənistanla ikiqat fərq[/b]
25.04.2016 - 11:26
[b]Yığmamız liderlər sırasında və ya Ermənistanla ikiqat fərq[/b]

Boks üzrə Rio-de-Janeyro Olimpiadasına lisenziya qazanan ölkələrin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, indiki vəziyyətdə Azərbaycan millisi 8-ci pillədə qərarlaşıb.

 

Belə ki, maksimum 12 vəsiqədən 8-ni qazanan yığmamız hələlik Özbəkistan, Qazaxıstan (hər ikisi 11 lisenziya), Kuba, Çin (hər ikisi 10), Rusiya, Böyük Britaniya və Mərakeşdən (hər üçü 9) geri qalır.

 

Siyahıda ümumilikdə 57 ölkə idmançısı yer alıb. Müqayisə üçün bildirək ki, Ermənistan millisinin aktivində 4 vəsiqə var.

 

Qarşıda boksçuları isə daha 3 lisenziya turniri gözləyir. Bunlar mayın 13-22-də Sofiyada keçiriləcək WSB və APB seriyalarının həlledici görüşləri, həmin ayın 19-27-də Astanada olacaq qadın boksçularının dünya çempionatı və iyunun 7-19-da Bakıda baş tutacaq kişi idmançılar arasında Dünya Olimpiya Təsnifat Turniridi.

 

Qeyd edək ki, yığmamızın heyətində Yana Alekseyevna (60 kq), Elvin Məmişzadə (52 kq), Cavid Çələbiyev (56 kq), Albert Səlimov (60 kq), Lorenzo Sotomoyor (64 kq), Pərviz Bağırov (69 kq), Abdulqadir Abdulayev (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) Rioya bilet sifariş verib.

 

 

0