[b]1 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət[/b]
21.06.2018 - 11:29
[b]1 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət[/b]

Şahmat üzrə “Grand Chess Tour” seriyası davam edir. Apasport.az saytının məlumatına görə, yarışın II mərhələsi Fransanın paytaxtı Parisdə start götürüb.

Dünyanın ən güclü zəka sahiblərinin qatıldıqları turnirdə azərbaycanlı Şəhriyar Məmmədyarov da mübarizə aparır. Həmyerlimiz rapid növü üzrə yarışın ilk 3 turunda 1 qələbə qazanıb, 1 heç-heçə edib və 1 məğlubiyyətə üzülüb. Qrossmeysterimiz Uesli Sonu (ABŞ) mat etdiyi halda, Vişvanatan Anandla (Hindistan) “sülh” bağlayıb. Məmmədyarov Vladimir Kramnikə (Rusiya) isə uduzub.

3 turdan sonra 3 xal yığan həmyerlimiz bu gün daha 3 görüş keçirəcək. Onun rəqibləri Levon Aronyan (Ermənistan), Sergey Karyakin (Rusiya) və Fabiano Karuana (ABŞ) olacaq. Rapid növü sabah baş tutacaq 3 turla başa çatacaq.

İyunun 23-də və 24-də isə blits növü üzrə görüşlər keçiriləcək.

0