[b]27 variantdan yeddisi: Şəhriyar necə qalib olur?[/b]
27.03.2018 - 11:15
[b]27 variantdan yeddisi: Şəhriyar necə qalib olur?[/b]

Almaniyanın paytaxtı Berlində şahmat üzrə İddiaçılar Turnirinin son turu ərəfəsində mümkün variantlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, yarışın qalibinin müəyyənləşməsi baxımından 3 qarşılaşma əhəmiyyət daşıyır.

 

Autsayderlər Levon Aronyanla (2794, Ermənistan) Uesli Sonun (2799, ABŞ) oyunu formal xarakterli olacağı turun digər duelləri şahmat tacı uğrunda norveçli Maqnus Karlsenin rəqibinin adına aydınlıq gətirəcək.

 

Söhbət Vladimir Kramnik (2800, Rusiya) – Şəhriyar Məmmədyarov (2809, Azərbaycan), Aleksandr Qrişuk (2767, Rusiya) – Fabiano Karuana (2784, ABŞ) və Sergey Karyakin (2763, Rusiya) – Liren Dinq (2769, Çin) cütlərindən gedir.

 

Bu 3 partiyada 27 nəticə variantı mümkündü. Azərbaycanlı qrossmeyster bu variantlardan 7-də yarışın qalibi olacaq. Bu da onun şanslarının 26 faiz olması anlamına gəlir. Şahmatçımız yarışın lideri Karuananın qalib gəlməyəcəyi, özünün qələbə əldə edəcəyi halda, digər nəticələrdən asılı olmayaraq, birinci yeri tutacaq. Şəhriyarı amerikalının məğlubiyyəti halında heç-heçə də qane edə bilər. Bunun üçün Karyakinlə Dinq də “sülh” bağlamalıdı.

 

Ümumilikdə isə bu gün keçiriləcək son matçlarda 4 şahmatçı tac uğrunda şansını qoruyur. 27 variantdan 14-də (52 faiz) Karuana, 5-də (18 faiz) Karyakin, 1-də (4 faiz) Dinq birinci yer tuta bilər.

 

Qeyd edək ki, son tur öncəsi Karuana 8, Məmmədyarovla Karyakin 7,5 xal, Dinqin isə 7 xalı var.

 

 

 

 

Qrişuk - Karuana

Kramnik - Məmmədyarov

Karyakin - Dinq

Qalib

1

1

1

Karyakin

1

1

0,5

Karyakin

1

1

0

Karuana

1

0,5

1

Karyakin

1

0,5

0,5

Məmmədyarov

1

0,5

0

Dinq

1

0

1

Məmmədyarov

1

0

0,5

Məmmədyarov

1

0

0

Məmmədyarov

0,5

1

1

Karyakin

0,5

1

0,5

Karuana

0,5

1

0

Karuana

0,5

0,5

1

Karyakin

0,5

0,5

0,5

Karuana

0,5

0,5

0

Karuana

0,5

0

1

Məmmədyarov

0,5

0

0,5

Məmmədyarov

0,5

0

0

Məmmədyarov

0

1

1

Karuana

0

1

0,5

Karuana

0

1

0

Karuana

0

0,5

1

Karuana

0

0,5

0,5

Karuana

0

0,5

0

Karuana

0

0

1

Karuana

0

0

0,5

Karuana

0

0

0

Karuana

 

Qeyd: 1 – “ağlar”ın qələbəsi, 0,5 – heç-heçə, 0 – “ağlar”ın məğlubiyyəti

0