15 Mart 18:22 Azərbaycan çempionatında yeni qalib - FOTO
STOLÜSTÜ OYUNLAR xəbərləri 15 Mart 18:22
2709 baxış

Azərbaycan çempionatında yeni qalib - FOTO

Kişi şahmatçılardan ibarət Azərbaycan çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, 24 zəka sahibinin qatıldığı yarışın qalibi adını Nicat Abasov (2583) qazanıb.

 

O, 9 matçdan 7,5 xal toplayıb. Abasovdan 0,5 xal geri qalan Misrətdin İsgəndərov (2426) gümüş medallara layiq görülüb. İlk “üçlüy”ü isə aktivində 6 xalı olan Vüqar Rəsulov tutub.

 

Qeyd edək ki, yığmamızın liderləri yarışa qatılmayıblar. 

Xəbər lenti