Azərbaycan şahmatçısı İspaniyada keçirilən turnirin liderlər qrupunda qərarlaşıb
22.03.2008 - 11:41
Azərbaycan şahmatçısı İspaniyada keçirilən turnirin liderlər qrupunda qərarlaşıb
“APA-Sport” agentliyinin məlumatına görə, 35-ci dəfə təşkil edilən yarışdakı təmsilçimiz Azər Mirzəyev liderlər qrupunda qərarlaşıb. Üç qələbə qazanan və iki dəfə heç-heçə edən şahmatçımız 4 xalla altıncı sırada yer alıb. İspaniyada yaşayan həmyerlimiz bu gün 6-cı tur çərçivəsində Slobodan Kovaçeviçlə (Serbiya) oynayacaq. 200 şahmatçının mübarizə apardığı turnirin mükafat fondu 11000 avro həcmində müəyyənləşib.
0