[b]“Gedişlər təkrar olunursa, vaxt itirməyə ehtiyac yoxdu” – Teymur Rəcəbov[/b]
22.04.2018 - 17:29
[b]“Gedişlər təkrar olunursa, vaxt itirməyə ehtiyac yoxdu” – Teymur Rəcəbov[/b]

Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2018” superturnirində IV tura start verilib. Apasport.az saytının məlumatına görə, hesabat turunda Azərbaycan şahmatçısı Teymur Rəcəbov dünya çempionu Maqnus Karlsenlə heç-heçə oynayıb. 


Ağ fiqurlarla mübarizə aparan Rəcəbov matçdan sonra mətbuat konfransında oyunu haqqında danışıb: “Oyun haqqında çox danışa bilmərik. Gedişlər təkrarlandığı üçün heç-heçə qaçılmaz oldu. Əgər gedişlər təkrar olunursa, vaxt itirməyə ehtiyac yoxdu. Fikrimcə yarışda əsas mübarizə qarşıdadır”. 

“ShamkirChess 2018” superturnirinin yüksək səviyyədə təşkil olunduğunu bildirən Azərbaycan şahmatçısı bu sayda heç-heçələrin sonluğu daha maraqlı edəcəyini deyib.

Jurnalistin “dünya çempionu Maqnus Karlsen Şəmkirə şəxsi aşbazıyla gəlib, siz nə vaxtsa yarışa aşbazla yollanmaq barədə düşünürsünüzmü” sualına Teymur belə cavab verib: “Dünya çempionu titulu tamam başqadı. Çempionluğun öz üstünlükləri var. Əlbəttə dünya çempionu olan şahmatçı özünə belə imkan yarada bilər. Bu barədə heç vaxt düşünməmişəm. Ehtiyac olmayıb. Hazırda yeməyə ciddi diqqət edirəm. Bir qədər artıq çəkim olduğum üçün kalorisi çox olan qidalardan uzaq oluram. Məsələn kabab və digər belə qidaları yemirəm. Ümumiyyətlə qidalanmaya fikir vermək çox vacibdir. Gələcəkdə də aşbazla birgə yarışa getmək barədə heç fikirləşməmişəm”.

0