[b]Karyakin Məmmədyarovun müdafiəsinə qalxdı[/b]
06.06.2018 - 10:30
[b]Karyakin Məmmədyarovun müdafiəsinə qalxdı[/b]

Rusiyalı qrossmeyster Sergey Karyakin dünya çempionu Maqnus Karlsenin iddiaların yalan olduğunu açıqlayıb. Apasport.az saytının məlumatına görə, Ukrayna əsilli şahmatçı Şəhriyar Məmmədyarovla hansısa danışılmış oyuna getmədiyini deyib.

 

O bildirib ki, həmyerlimizlə dost olsa da, yarışlarda bir-birinə rəqibdirlər: “Əlbəttə ki, belə bir hal yoxdu. Biz dost olsaq da, “Altibox Norway Chess”də də bir-birimizə qarşı mübarizə aparırdıq. Hər ikimiz qələbə qazanmağa çalışırdıq. Bir də nəzərə almaq lazımdı ki, qeydə alınan nəticənin heç birimizə faydası olmadı. Mən də şahmatda belə halların olması fikrindəyəm. Ancaq top səviyyədə idmançıların oyununda nadir hallarda – təxminən 5 faizində razılıq əldə edilir”.

 

Qeyd edək ki, Karlsen Karyakinlə Məmmədyarovun “Altibox Norway Chess”də heç-heçə oynamasına təəccüblənmədiyini, onların əvvəlki turnirlərdə də öz aralarında danışılmış oyunlara getdiyini açıqlayıb. Lakin Karyakinlə yanaşı, təmsilçimiz də belə bir halın olmadığını deyib.

 

0