1 Sentyabr 16:45 Məmmədyarov, Rəcəbov mövqeyini qorudu, Səfərli “50-lik”də
STOLÜSTÜ OYUNLAR xəbərləri 1 Sentyabr 16:45
472 baxış

Məmmədyarov, Rəcəbov mövqeyini qorudu, Səfərli “50-lik”də

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, sentyabr ayı üçün müəyyənləşən 100 ən güclü arasında bu dəfə də 5 Azərbaycan qrossmeysteri yer alıb.

 

Həmyerlilərimizdən ən yaxşı nəticə yenə Şəhriyar Məmmədyarova məxsusdu. Qrossmeysterimizin ötən ayla müqayisədə mövqeyi dəyişməyib və 11-ci pillədəki yerini qoruyub. Buna baxmayaraq, o, 3 reytinq xalı itirib – 2761.

 

Teymur Rəcəbov (2722) da “yerində sayıb”. Təmsilçimiz hazırda 32-ci yerdədi. Milliləşdirilmiş legionerimiz Arkadi Naydiç isə bu dəfə 1 rəqibini irəli buraxıb. 45-ci pillədə qərar tutan qrossmeyster 2696 reytinq xalına malikdi.

 

Liderlərdən fərqli, Eltac Səfərli (2688) irəliləyib. Bu dəfə 7 pillə yüksələn Azərbaycan çempionu 50-ci yerdədi. Rauf Məmmədov (2666) isə 78-ci pilləni 79-a dəyişib.

 

Reytinq siyahısına yenə Maqnus Karlsen (Norveç, 2857) başçılıq edir. Vladimir Kramnikin (Rusiya, 2813) ikinci olduğu cədvəldə Fabiano Karuana (ABŞ, 2808) “üçlüyü” qapayır.

 

Qadınların cədvəlində ən güclü 100 şahmatçı arasında Azərbaycan təmsilçisi yer almayıb.

Xəbər lenti