4 İyun 09:19 Məmmədyarov yenə qələbə qazana bilmədi
STOLÜSTÜ OYUNLAR xəbərləri 4 İyun 09:19
346 baxış

Məmmədyarov yenə qələbə qazana bilmədi

Norveçin Stavanqer şəhərində “Altibox Norway Chess” superturniri davam edir. Apasport.az saytının məlumatına görə, VI oyun günündə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Vişvanatan Anandla üz-üzə gəlib.

 

Təmsilçimiz hindistanlı rəqibinə qarşı qara fiqurlarla oynayıb və yenə heç-heçə ilə kifayətlənib.

 

Məmmədyarov VII turda Uesli So ilə qarşılaşacaq.

 

“Altibox Norway Chess” superturniri

VI tur

Vişvanatan Anand (Hindistan) - Şəhriyar Məmmədyarov (Azərbaycan) – 0,5:0,5

Uesli So (ABŞ) – Maqnus Karlsen (Norveç) – 1:0

Levon Aronyan (Ermənistan) - Fabiano Karuana (ABŞ) – 0,5:0,5

Hikaru Nakamura (ABŞ) - Maksim Vaşye-Laqrav (Fransa) – 0,5:0,5

 

Turnir cədvəli: Karlsen – 3,5 xal; Aronyan, So – 3, Karyakin, Karuana, Məmmədyarov, Anand, Nakamura,  – 2,5; Vaşye-Laqrav – 2.

 

Qeyd edək ki, Dinq Liren (Çin) velosipeddən yıxılıb, zədələndiyindən yarışla vidalaşıb. Bu səbəbdən də Sergey Karyakin (Rusiya) VI turda istirahət edib.