1 Sentyabr 14:26 Məmmədyarovanın rekordları, sülhsevər Rəcəbov, lider Hüseynov
STOLÜSTÜ OYUNLAR xəbərləri 1 Sentyabr 14:26
2682 baxış

Məmmədyarovanın rekordları, sülhsevər Rəcəbov, lider Hüseynov

Bu gün açılış mərasimi keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadası ərəfəsində bu yarışda iştirak etmiş Azərbaycan təmsilçilərinin fərdi göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, 1992-ci ildə qadınlar, 1994-cü ildə kişilərin yarışında debüt edən komandalarımız 1996-cı il istisna olmaqla, bütün turnirlərə qatılıb.

 

Əvvəlki Olimpiadalarda yığmalarımız 20 kişi və 17 qadın şahmatçı ilə təmsil olunub. Zeynəb Məmmədyarova hamıdan çox – 8 yarışın iştirakçısıdı. Onun qardaşı Şəhriyar, həmçinin Teymur Rəcəbovla Qədir Hüseynov 7 yarışın iştirakçısı olmaqla, kişilər arasında rekorda malikdilər.

 

Zeynəb oyun sayında da mütləq rekordçudu. Onun hesabında 88 matç var. 70 oyun keçirən Rəcəbov isə kişilər arasında hamıdan öndə qərarlaşıb.

 

Hesabında 47 qələbə olan Zeynəb yubiley – 50-ci uğurunu Bakıda qazanmaq iddiasındadı. Bu göstəricidə rekordçu olan xanım zəka sahibimizin ən yaxın izləyicisi 31 rəqibini üstələyən Qədir Hüseynovdu.

 

Ən sülhsevər şahmatçımız olan Rəcəbov 37 dəfə xalı bölməklə kifayətlənib. Ümumiyyətlə ən çox heç-heçə edənlərin siyahısında ön sıralarda kişilər qərarlaşıb. Ən çox bərabərə qalan xanım isə 16 dəfə xalları bölən Zeynəbdi. O, 25 dəfə uduzmaqla, məğlubiyyət sayında da hamını qabaqlayır. Kişilər arasında yenilgisi çox olan isə Qədir Hüseynovla Rauf Məmmədovdu – hərəyə 10 dəfə.

 

Xal sayında Məmmədyarovlar öndədi. Zeynəb 55, Şəhriyar 44,5 xalla yığmamıza töhfə verib.

 

Toplanan xalların oyun sayına nisbətinə gəlincə, ən uğurlu təmsilçimiz Qədirdi. 63 mümkün xaldan 42-ni toplayan qrossmeysterimiz 66,7 faiz nəticəyə malikdi. Hüseynov Şəhriyardan 1,3 faiz öndədi. Anar Allahverdiyev (64,7) 3-cü, Vüqar Həşimov (64,6) 4-cüdü. Qadınlarda isə üçhakimiyyətlilikdi. Zeynəb Məmmədyarova, Gülnar Məmmədova və Mehriban Şükürova mümkün xalların 62,5 faizini qazanıblar.

 

Kişi şahmatçılarımız Olimpiadalarda

yer

şahmatçı

olimpiada

O

Q

H

M

xal

%

1

Qədir Hüseynov

7

63

31

22

10

42

66,7

2

Şəhriyar Məmmədyarov

7

68

29

31

8

44,5

65,4

3

Anar Allahverdiyev

2

17

8

6

3

11

64,7

4

Vüqar Həşimov

4

41

18

17

6

26,5

64,6

5

Aydın Hüseynov

1

9

3

5

1

5,5

61,1

6

Teymur Rəcəbov

7

70

24

37

9

42,5

60,7

7

Bağır İbrahimov

1

5

2

2

1

3

60,0

8

Rauf Məmmədov

6

51

19

22

10

30

58,8

9

Eltac Səfərli

3

23

10

7

6

13,5

58,7

10

Rüfət Bağırov

1

12

4

6

2

7

58,3

11

Azər Mirzoyev

2

19

6

10

3

11

57,9

12

Sərxan Quliyev

2

21

8

8

5

12

57,1

13

Nicat Məmmədov

1

5

2

1

2

2,5

50,0

14

Cavad Məhərrəmzadə

3

24

6

11

7

11,5

47,9

15

Rəsul İbrahimov

2

13

4

4

5

6

46,2

16

Namiq Quliyev

2

17

5

5

7

7,5

44,1

17

Rauf Hacılı

2

21

6

6

9

9

42,9

18

İlqar Bacarani

1

11

3

3

5

4,5

40,9

19

Məhəmməd Zülfüqarlı

1

11

2

4

5

4

36,4

20

Vasif Durarbəyli

1

3

0

2

1

1

33,3

 

Qadın şahmatçılarımız Olimpiadalarda

yer

şahmatçı

olimpiada

O

Q

H

M

Xal

%

1-3

Zeynəb Məmmədyarova

8

88

47

16

25

55

62,5

 

Gülnar Məmmədova

3

32

14

12

6

20

62,5

 

Mehriban Şükürova

4

52

25

15

12

32,5

62,5

4

İlahə Qədimova

2

26

12

8

6

16

61,5

5

Nərgiz Umudova

4

36

18

8

10

22

61,1

6

Firuzə Vəlixanlı

4

55

24

15

16

31,5

57,3

7

Viktoriya Avdeyeva

1

7

3

2

2

4

57,1

8

Xəyalə Abdulla

1

8

3

3

2

4,5

56,3

9

Aynur Sofiyeva

2

26

10

9

7

14,5

55,8

10

Türkan Məmmədyarova

5

41

15

15

11

22,5

54,9

11-12

Fidan Ağasıyeva

1

9

4

1

4

4,5

50,0

 

Nərmin N.Kazımova

1

8

2

4

2

4

50,0

13

Xəyalə İsgəndərova

4

29

8

10

11

13

44,8

14

Elmira Əliyeva

2

24

7

6

11

10

41,7

15

Səbinə İbrahimova

1

5

2

0

3

2

40,0

16

Fənarə Babayeva

3

16

3

6

7

6

37,5

17

Afaq Xudaverdiyeva

1

2

0

0

2

0

0,0

 

 

 

Xəbər lenti