[b]Məmmədyarovla Rəcəbov mövqeyini qorudu, Səfərli irəlilədi [/b]
30.06.2018 - 14:27
[b]Məmmədyarovla Rəcəbov mövqeyini qorudu, Səfərli irəlilədi
[/b]

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, iyul üçün müəyyənləşən siyahıda Azərbaycan yığmasının 7 üzvü yer alıb.

 

Yığmamızın lideri Şəhriyar Məmmədyarov 3-cü pillədəki yerini qoruyub. Onu yenə norveçli Maqnus Karlsen (2842) və Fabiano Karuana (ABŞ, 2822) qabaqlayır. 7 xal itirən həmyerlimizin hesabında 2801 xalı var.

 

Teymur Rəcəbov da mövqeyini qoruyub. 2751 xala malik həmyerlimiz 17-ci yerə sahibdi. Rauf Məmmədov 36-cı yerdə qərarlaşıb. Təmsilçimizin aktivində 2708 xalı var.

 

47-ci olan Arkadi Naydiç 2698 xala malikdi. O, ötən ayla müqayisədə həm mövqeyini, həm də xalını qoruyub. Eltac Səfərliyə gəlincə, 1 xal qazanaraq, aktivini 2667-yə çatdıran qrossmeyster 1 pilləlik irəliləyişlə 76-cı yerə yüksəlib.

 

Siyahıdakı sonuncu təmsilçimiz Qədir Hüseynov 2 addım geriləməklə 101--cidi. Həmyerlimizin hesabında 2654 xalı var.

 

Qadınların “Top-100”ündə isə yalnız 1 şahmatçımız qalıb. Bu, Günay Məmmədzadədi. 16 xal itirən təmsilçimizin hesabında 2426 xalı var və 5 pillə geriləyərək, 37-ci yerə enib.

 

0