[b]Millimiz Hindistan, Özbəkistan və Zimbabveyə uduzdu - YENİLƏNİB[/b]
06.09.2016 - 20:42
[b]Millimiz Hindistan, Özbəkistan və Zimbabveyə uduzdu - YENİLƏNİB[/b]

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında V turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, bu gün kişilərdən ibarət əsas milli komandamız Hindistanla qarşılaşıb.

 

4 turdan sonra itkisiz irəliləyən komandaların dueli asiyalıların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

İkinci komandamız Türkmənistana qalib gələrkən, üçüncü yığmamız isə Zimbabveyə məğlub olub.

 

Qadınlardan ibarət əsas yığmamız Almaniyanı qələbəyə həsrət qoyub. İkinci millimiz İspaniya ilə xalları bölüb, üçüncü komandamız isə Özbəkistana uduzub.

 

Olimpiada-2016

V tur

Kişilər

 

Azərbaycan-1 (2705) – Hindistan (2651) - 1:3

Şəhriyar Məmmədyarov (2761) – Pentala Harikrişna (2752) - 0:1

Teymur Rəcəbov (2722) – Baskaran Adhiban (2671) - 0,5:0,5

Arkadi Naydiç (2696) – Santoş Vidit (2669) - 0:1

Eltac Səfərli (2666) – Panayapan Seturaman (2640)

 

Azərbaycan-2 (2576) – Türkmənistan (2416) - 4:0

Vasif Durarbəyli (2612) - Yusup Atabayev (2453) - 1:0

Nicat Abasov (2552) - Saparmurat Atabayev (2406) - 1:0

Qədir Hüseynov (2625) - Handjar Odeyev (2401) - 1:0

Namiq Quliyev (2577) – Merqen Kakabayev (2338) - 1:0

 

Zimbabve (2256) - Azərbaycan-3 (2350) - 2.5:1.5

Rodvell Makato (2405) – Vüqar Əsədli (2406) - 0:1

Mandija Faray (2363) – Nail Bəşirli (2387) - 1:0

Emarald Muşore (2187) – Abdulla Qədimbəyli (2294) - 0.5:0.5

Elişa Çimbamu (2114) - Məhəmməd Muradlı (2331) - 1:0

 

IV turdan sonra turnir cədvəli: 1. Çin, 2. Azərbaycan-1, 3. Hollandiya, 4. Hindistan - hamısı 8 xal; ...27. Azərbaycan-2, ...46. Türkmənistan – hər ikisi 6; ...71. Azərbaycan-3, ...101. Zimbabze – hər ikisi 4.

 

Qadınlar

Azərbaycan-1 (2320) – Almaniya (2371) - 3:1

Zeynəb Məmmədyarova (2295) – Elizabet Petz (2474) - 0.5:0.5

Günay Məmmədzadə (2361) – Marta Miçna (2383) - 0,5:0,5

Gülnar Məmmədova (2304) – Elina Levuşkina (2342) - 1:0

Aydan Höccətova (2339) – Yudit Fuhs (2287) - 1:0

 

İspaniya (2312) - Azərbaycan-2 (2248) - 2:2

Sabrina Qutyeres (2411) - Türkan Məmmədyarova (2304) - 1:0

Ana Matnadze (2383) – Nərmin Xələfova (2219) - 0.5:0.5

Niala Kollazo (2268) – Ülviyyə Fətəliyeva (2234) - 0:1

Amalya Aranas (2279) - Nərgiz Umudova (2247) - 0.5:0.5

 

Özbəkistan (2265) - Azərbaycan-3 (2016) - 3:1

Nafisa Muminova (2324) - Nərmin Məmmədova (2230) - 1:0

Gülruxbeyim Toxirjonova (2289) - Xanım Balacayeva (2147) - 1:0

İrina Gevorqyan (2324) - Gövhər Beydullayeva (1994) - 0.5:0.5

Nodira Nadirjanova (2126) – Ayan Allahverdiyeva (1780) - 0.5:0.5

 

IV turdan sonra turnir cədvəli: 1. Ukrayna, 2. Serbiya, 3. Rusiya – hamısı 8 xal; ...10. Almaniya, 11. Azərbaycan-1 – hər ikisi 7, ...32. İspaniya, ...34. Azərbaycan-2, 35. Özbəkistan, ...39. Azərbaycan-3 – hamısı 5.

0