Növbəti dəfə heç-heçə edən Məmmədyarov son turda oynamayacaq
07.06.2018 - 10:01
Növbəti dəfə heç-heçə edən Məmmədyarov son turda oynamayacaq

Norveçin Stavanqer şəhərində “Altibox Norway Chess” superturniri davam edir. Apasport.az saytının məlumatına görə, VIII oyun günündə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Maqnus Karlsenlə üz-üzə gəlib.

 

Həmyerlimiz norveçli dünya çempionuna qarşı qara fiqurlarla oynayıb və görüşdə 0,5 xalla ayrılıb. Bu, Məmmədyarovun “Altibox Norway Chess”də son matçı olub. Çünki Dinq Liren (Çin) yarışda mübarizəni dayandırdığından şahmatçımız sonuncu – IX turda istirahət edəcək. Onun tutacağı yer də bu gün baş tutacaq görüşlərdən sonra bilinəcək.

 

 

“Altibox Norway Chess” superturniri

VIII tur

Maqnus Karlsen (Norveç) - Şəhriyar Məmmədyarov (Azərbaycan) – 0,5:0,5

Hikaru Nakamura (ABŞ) - Sergey Karyakin (Rusiya) – 1:0

Vişvanatan Anand (Hindistan) – Fabiano Karuana (ABŞ) – 0:1

Uesli So (ABŞ) – Maksim Vaşye-Laqrav (Fransa) – 0,5:0,5

 

Turnir cədvəli: Nakamura, Karlsen, Karuana, So – hamısı 4 xal; Aronyan, Anand, Məmmədyarov – 3,5; Karyakin – 3; Vaşye-Laqrav – 2,5.

 

0