24 Mart 11:21 Novruz turnirinin qalibi müəyyənləşdi
STOLÜSTÜ OYUNLAR xəbərləri 24 Mart 11:21
513 baxış

Novruz turnirinin qalibi müəyyənləşdi

Şahmatçılar arasında Novruz turniri keçirilib. Apasport.az saytının məlumatına görə, 2 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat İdman Məktəbinin təşkilatçılığı ilə baş tutan yarışın qalibi adını Amin Musayev qazanıb.

 

O, III dərəcə almaq üçün A qrupunda keçirdiyi 9 oyundan 7,5 xal toplayıb. İkinci yeri Musayevdən 0,5 xal geri qalan Aqil Güləliyev tutub. İlk “üçlüy”ü isə Hakan İsaxanlı qapayıb. O, 7 xal yığsa da, əlavə göstəricilərə görə bürünc medalla kifayətlənib.

 

Qeyd edək ki, yarışda 30 şahmatçı zəkasını yoxlayıb. 

Xəbər lenti