31 Avqust 16:28 Olimpiadada iştirak edəcək yığmalarla görüş keçirildi - FOTOSESSİYA
STOLÜSTÜ OYUNLAR xəbərləri 31 Avqust 16:28
618 baxış

Olimpiadada iştirak edəcək yığmalarla görüş keçirildi - FOTOSESSİYA

Azərbaycan baş nazirinin birinci müavini, Bakı Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Elman Rüstəmov, Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin direktoru, AŞF-in vitse-prezidenti Mahir Məmmədov mötəbər yarışın keçiriləcəyi Bakı “Kristal Zal”da olub. Apasport.az saytının məlumatına görə, arenada yaradılan şəraitlə tanış olan rəsmilər kompleksin 42-ci Ümumdünya Şahmat Olimpiadasına hazır olduğunu bildiriblər.

Sonra Bakı Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan yığmalarıyla görüş keçirilib.

Qeyd edək ki, Azərbaycan olimpiadada həm kişilər, həm də qadınların yarışında 3 komandayla təmsil olunur.