[b]“Şah” zirvəyə yüksəldi[/b]
21.02.2017 - 22:09
[b]“Şah” zirvəyə yüksəldi[/b]

Birləşmiş Ərəb Əmirliklərinin Şarjah şəhərində şahmat üzrə FİDE “Qran-Pri”si davam edir. Apasport.az saytının məlumatına görə, bu gün baş tutan 4-cü turda yarışdakı yeganə təmsilçimiz Şəhriyar Məmmədyarov ingilis qrossmeyster Maykl Adamsla qarşılaşıb.

 

Görüş “Şah”ın qələbəsi ilə başa çatıb.

 

Ağ fiqurlarla oynayan Məmmədyarov 43-cü gedişdə rəqibini təslim olmağa məcbur edib.

 

Qeyd edək ki, mötəbər yarışda ikinci qələbəsini qazanan Şəhriyar 3 xal toplayaraq Maksim Vaşe-Laqrav ilə birlikdə turnir cədvəlinin şərikli lideridir. 

0