[b]Şəhriyar heç-heçə ilə zirvədə qaldı[/b]
22.02.2017 - 20:53
[b]Şəhriyar heç-heçə ilə zirvədə qaldı[/b]

Birləşmiş Ərəb Əmirliklərinin Şarjah şəhərində şahmat üzrə FİDE “Qran-Pri”si davam edir. Apasport.az saytının məlumatına görə, bu gün baş tutan 5-ci turda yarışdakı yeganə təmsilçimiz Şəhriyar Məmmədyarov amerikalı Hikaru Nakamura ilə qarşılaşıb.

 

Görüş bərabərliklə nəticələnib. “Şah”ın ağ fiqurlarla oynadığı partiyada rəqiblər 29-cu gedişdə sülhə razılaşıblar.

 

Bu nəticə ilə aktivindəki xalları 3.5-ə yüksəldən Məmmədyarov liderliyini qoruyub.

 

Belə ki, hesabat turunda qədər Şəhriyarla birlikdə ortaq lider olan Maksim Vaşe-Laqrev də heç-heçə etdiyindən, üçüncü yerdə qərarlaşmış Nakamura da təmsilçimizlə sülh bağladığından ilk pillədə heç bir dəyişiklik olmayıb.

0