10 Mart 16:37 Şəhriyar Məmmədyarov 1,2 milyon dollarlıq yarışda
STOLÜSTÜ OYUNLAR xəbərləri 10 Mart 16:37
590 baxış

Şəhriyar Məmmədyarov 1,2 milyon dollarlıq yarışda

“Grand Chess Tour” seriyasında iştirak edəcək şahmatçıların adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, dünyanın ən güclü zəka sahiblərinin qatılacaqları yarışa azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov da qatılacaq.

 

Onun rəqibləri Vişvanatan Anand (Hindistan), Levon Aronyan (Ermənistan), Fabiano Karuana, Hikaru Nakamura, Uesli So (hər üçü ABŞ), Aleksandr Qrişuk, Sergey Karyakin (hər ikisi Rusiya) və Maksim Vaşye-Laqrav (Fransa) olacaq.

 

Bir şahmatçı isə fərqli turnirlərdə xüsusi dəvətlə oynayacaq. Lyovendə Anşi Qirinin (Hollandiya), Parisdə Vladimir Kramnikin (Rusiya) mübarizə aparacağı planlaşdırılır.

 

“Grand Chess Tour” seriyası iyunda Bekçikanın Lyoven şəhərində start götürəcək. Bu yarış iyunun 12-16-na təsadüf edəcək. Ardınca iyunun 20-24 Parisdə (Fransa) davam edəcək. Şahmatçılar avqustun 9-16-da və 16-29-da Sent-Luisdə (ABŞ) bir araya gələcəklər. Həlledici mərhələ isə dekabrda Londonda (İngiltərə) olacaq. Burda əvvəlki yarışların yekununa əsasən ən yaxşı nəticə göstərən 4 şahmatçı mübarizə aparacaq.

 

Qeyd edək ki, yarışın mükafat ümumi mükafat fondu 1,2 milyon dollardı.

Xəbər lenti