[b]Şəhriyar Məmmədyarov liderlik şansını əldən verdi - YENİLƏNİB[/b]
22.03.2018 - 22:55
[b]Şəhriyar Məmmədyarov liderlik şansını əldən verdi - YENİLƏNİB[/b]

Berlində şahmat tacına iddiaçıların turniri davam edir. Apasport.az saytının məlumatına görə, bu gün X turun oyunları keçirilib.

 

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovu ciddi sınaq gözləyirdi. Belə ki, şahmatçımız turun mərkəzi görüşündə yarışın hazırkı lideri Fabiano Karuana ilə üz-üzə gəlib. Amerikalı rəqibinə qarşı ağ fiqurlarla oynayan Məmmədyarov qələbə təqdirində liderliyə yüksələcəkdi. Lakin görüş heç-heçə nəticələnib.

 

Bu şahmatçıların ilk dövrədəki duelində də bərabərlik qeydə alınmışdı.

 

 

İddiaçılar turniri

X tur

 

Liren Dinq (2769, Çin) - Uesli So (2799, ABŞ) - 0,5:0,5

Aleksandr Qrişuk (2767, Rusiya) – Sergey Karyakin (2763, Rusiya) - 0,5:0,5

Şəhriyar Məmmədyarov (2809, Azərbaycan) - Fabiano Karuana (2784, ABŞ) - 0,5:0,5

Vladimir Kramnik (2800, Rusiya) - Levon Aronyan (2794, Ermənistan) - 1:0

 

Turnir cədvəli: Karuana - 6,5 xal; Məmmədyarov - 6; Qrişuk – 5,5; Dinq, Karyakin - 5; Kramnik – 4,5; So - 4; Aronyan – 3,5

0