1 İyun 23:37 Şəhriyar Məmmədyarov məğlub oldu - YENİLƏNİB
STOLÜSTÜ OYUNLAR xəbərləri 1 İyun 23:37
821 baxış

Şəhriyar Məmmədyarov məğlub oldu - YENİLƏNİB

Stavanqerdə “Altibox Norway Chess” superturniri davam edir. Apasport.az saytının məlumatına görə, yarış iştirakçıları 1 günlük istirahətin ardından IV turun matçlarını keçiriblər.

 

Bu tur çərçivəsində Şəhriyar Məmmədyarov ermənistanlı Levon Aronyanla qarşılaşıb. İlk 3 turu heç-heçə edən qrossmeysterimiz rəqibinə qarşı qara fiqurlarla mübarizə aparıb. Lakin təəssüf ki, Məmmədyarov məğlubiyyətlə barışmalı olub.

 

 

“Altibox Norway Chess” superturniri

IV tur

 

Levon Aronyan (Ermənistan) – Şəhriyar Məmmədyarov (Azərbaycan) - 1:0

Hikaru Nakamura (ABŞ) – Maqnus Karlsen (Norveç) - 0,5:0,5

Sergey Karyakin (Rusiya) – Maksim Vaşye-Laqrav (Fransa) - 1:0

Vişvanatan Anand (Hindistan) – Uesli So (ABŞ) - 0,5:0,5

Dinq Liren (Çin) – Fabiano Karuana (ABŞ): partiya təxirə salınıb.

 

Turnir cədvəli: Karlsen – 3 xal; Karyakin - 2,5; Nakamura, Anand, So, Aronyan - 2; Məmmədyarov, Liren, Vaşye-Laqrav - 1,5; Karuana – 1.