[b]“Vüqar Həşimov Şahmat Akademiyası”nın yeni filialı fəaliyyətə başladı[/b]
28.03.2018 - 13:40
[b]“Vüqar Həşimov Şahmat Akademiyası”nın yeni filialı fəaliyyətə başladı[/b]

Azərbaycanın mərhum şahmatçısının adını daşıyan “Vüqar Həşimov Şahmat Akademiyası” yeni filialını açıb. Apasport.az saytının məlumatına görə, yeni şöbə “Landmark İş Mərkəzi”ndə fəaliyyətə başlayıb və artıq şahmat sirlərini öyrənmək istəyən hər kəsi gözləyir.

 

Mərhum qrossmeysterin qardaşı Sərxan Həşimov bildirib ki, yeni filialın açıqlaması ölkə şahmatının inkişafına hesablanıb: “Şahmat Azərbaycanda tarixən məşhur idman növü olub və təsadüfi deyil ki, müxtəlif dövrlərdə dünyaya dahi şahmatçılar bəxş edib. Hal-hazırda da şahmat ölkəmizdə sevilən idman növlərindəndi və uğurla inkişaf edir. “Vüqar Həşimov Şahmat Akademiyası” da öz növbəsində Azərbaycanda şahmatın daha da populyarlaşdırılması və inkişafına dəstək vermək üçün yeni filiallar açır, müxtəlif tədbirlər təşkil edir”.

 

Qeyd edək ki, “Vüqar Həşimov Şahmat Akademiyası” 2016-ci ildə yaranıb. Akademiyada yaşından asılı olmayaraq hər kəsə şahmat dərsləri keçirilir və müxtəlif şahmat tədbirləri təşkil olunur.

 

0