[b]Yerlilər mövqeyini qoruyur, legioner geriləyir[/b]
31.08.2017 - 16:28
[b]Yerlilər mövqeyini qoruyur, legioner geriləyir[/b]

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, sentyabr üçün müəyyənləşən kişi şahmatçıların “Top-100”ündə Azərbaycanın 4 qrossmeysteri yer alıb.

 

Millimizin aparıcı üzvləri arasında ən yaxşı nəticə yenə Şəhriyar Məmmədyarova məxsusdu. Təmsilçimiz ötən ayla müqayisədə həm yerini, həm də xalını qoruyub. Avqustda oyun keçirməyən Məmmədyarov yenə 2797 xalla 6-cıdı.

 

Teymur Rəcəbov isə rəqiblərinin geriləməsi səbəbindən irəliləyib. Qrossmeysterimiz 19-cu pilləyə yüksəlib. O, 2742 xala malikdi.

 

Rauf Məmmədovun (2678) da mövqeyi dəyişməz qalıb. Şahmatçımız yeni siyahıda da 63-cüdü.

 

Məmmədyarov, Rəcəbov və Məmmədovdan fərqli, Qədir Hüseynov “100-lüy”ü tərk edib, milliləşdirilmiş legionerimiz Arkadi Naydic geriləyib. Latviya əsilli qrossmeyster 7 rəqibini özündən irəli buraxıb. Onun 2702 reytinq xalı var.

 

Siyahıya isə yenə Maqnus Karlsen başçılıq edir. Norveçli şahmatçı 2827 xala malikdi. İkinci yeri Maksim Vaşye-Laqrav (2804, Fransa), üçüncü pilləni isə Vladimir Kramnik (Rusiya, 2803) tutur.

 

Qadınların “Top-100”ündə isə yığmamızın 2 üzvü düşüb. Günay Məmmədzadə (2393) 70-ci, Gülnar Məmmədova (2384) 84-cüdü. Bu siyahıda 2670 xal çinli Yifan Hou birincidi.

 

0