[b]6 oyunda 5 qələbə - YENİLƏNİB[/b]
06.06.2018 - 19:30
[b]6 oyunda 5 qələbə  - YENİLƏNİB[/b]

Bu gün qadın voleybolçular arasında Qızıl Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması VI turda Ukraynanın qonağı olub.

 

A qrupunda mübarizə aparan komandamız lider Bolqarıstandan set fərqində geri qaldığından, qələbə vacib idi. Voleybolçularımız quru hesabla qalib gəlməyə nail olublar.

 

İlk setdə komandamız hesabda geri düşməsinə baxmayaraq, əzmkar qələbə qazanıb. İkinci və üçüncü set isə başdan sona qədər üstünlüyümüz şəraitində keçib. Nəticədə 3:0 hesablı qələbə qazanan yığmamız ən azı bir neçə saatlıq liderliyə yüksəlib.

 

Təbii ki, yarımfinala yüksəlməyimiz hazırda davam edən Portuqaliya - Bolqarıstan matçının, həmçinin digər qrupların görüşlərinin nəticələrindən asılı olacaq.

 

6 iyun

VI tur

Ukrayna – Azərbaycan - 0:3 (28:30, 21:25, 23:25)

Hakimlər: Yan Krtiçka (Çexiya), Andrey Kovalçuk (Ukrayna)

İvano-Frankovsk, Bədən Tərbiyəsi Kollecinin idman zalı

 

Ukrayna: 4. Alla Politanska, 14. Lyudmila Osaçuk, 17. Aleksandra Peretyatko, 2. Diana Karpets, 9. Yuliya Qerasimova, 12. Anastasiya Karasova, 3. İrina Truşkina, 1. Katerina Kalçenko, 5. Karina Denisova, 8. Anastasiya Krayduba, 10. Anna Kiriçenko, 11. Anna Stepanyuk, 16. Nadejda Kodola, 6. Kristina Nemtseva.

Azərbaycan: 18. Şəfaqət Alışanova, 2. Yana Əzimova, 14. Kristina Yaqubova, 15. Aynur İmanova, 6. Ayşən Abduləzimova, 21. Kseniya Pavlenko, 7. Olena Həsənova, 5. Odina Bayramova, 8. Yelizaveta Səmədova, 11. Katerina Jidkova, 20. Marqarita Əzizova, 1. Ceyran İmanova, 19. Bəyaz Əliyeva, 16. Yuliya Kərimova.

 

N

Ölkə

O

Q

M

S

T

X

1

Azərbaycan

6

5

1

16-7

549-492

15

2

Bolqarıstan

5

4

1

13-5

436-372

12

3

Ukrayna

6

2

4

8-13

483-491

6

4

Portuqaliya

5

0

5

3-15

333-446

0

 

 

0