21 Sentyabr 09:55 Avro-2017: Bolqarıstan da “14-lüy”ü açıqladı
TOP OYUNLARI xəbərləri 21 Sentyabr 09:55
350 baxış

Avro-2017: Bolqarıstan da “14-lüy”ü açıqladı

Qadın voleybolçulardan ibarət Bolqarıstan millisinin heyəti dəqiqləşib. Apassport.az saytının məlumatına görə, baş məşqçi İvan Dimitrov Azərbaycan və Bolqarıstanda keçiriləcək Avropa çempionatı üçün 14 oyunçu sifariş edib.

 

Bu voleybolçular arasında Azərbaycan Super Liqasının qalibləri də var. Mariya Filipova, Straşmira Filipova, Xristina Ruseva, Nasya Dimitrova, Lora Kitipova, Diana Nenova kimi Bakı klublarında forma geyinmiş oyunçular var.

 

Toppaylayıcılar: Lora Kitipova, Diana Nenova

Hücumçular: Emilia Nikolova, Elitsa Vasileva, Dobriana Rabadjiyeva, Yeva Yaneva, Qerqana Dimitrova, Miroslava Paskova

Blokçular: Xristina Ruseva, Nasya Dimitrova, Straşimira Filipova, Mariya Dançeva

Liberolar: Mariya Filipova, Zana Todorova

 

Qeyd edək ki, C qrupunda yer alan Bolqarıstan Rusiya, Ukrayna və Türkiyə ilə birgə Bakıda oynayacaq. 

Xəbər lenti