[b]Avro-2017: İtaliya Azərbaycanla oyundan sonra heyətini açıqladı[/b]
08.09.2017 - 14:50
[b]Avro-2017: İtaliya Azərbaycanla oyundan sonra heyətini açıqladı[/b]

Qadın voleybolçulardan ibarət İtaliya millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Davide Mazzanti Azərbaycan və Gürcüstanın ev sahibliyi edəcəyi Avropa çempionatı üçün “14-lüy”ü müəyyənləşdirib.

 

O, məhz yığmamızla keçirdikləri 3 görüşdən sonra 4 voleybolçudan imtina edib. Miriam Silla dopinqdə “ilişdiyi” üçün komandadan kənar qalıbsa, Ofeliya Malinov zədəli olduğundan heyətə salınmayıb. Mazzanti Anastasiya Qerra və Valentina Diufu da həlledici matçlar üçün yığmaya layiq görməyib.

 

İtaliyanın heyəti:

Toppaylayıcılar: Alessia Orro, Karlotta Kambi

Blokçular: Sara Bonifaço, Kristina Çiriçella, Anna Danesi, Rafaela Foli.  

Hücumçular: Katerina Bosetti, Lusia Bosetti, Sara Lod, Valentina Tirozzi, Paola Eqonu, İndre Sorokayte

Liberolar: Monika de Cennaro, Biatris Parroççhial 

 

Qeyd edək ki, B qrupunda yer alan İtaliya qrup maçtlarını Tiflisdə keçirəcək. Onlar ev sahibləri, Belarus və Xorvatiya ilə üz-üzə gələcəklər.

 

 

 

0