[b]Avro-2017: Türkiyə Bakıya ulduzsuz gələcək[/b]
13.09.2017 - 15:24
[b]Avro-2017: Türkiyə Bakıya ulduzsuz gələcək[/b]

Qadın voleybolçulardan ibarət Türkiyə millisi Bakıya ciddi itki ilə gələcək. Apasport.az saytının məlumatına görə, “ay-ulduzlular” Azərbaycan və Gürcüstanın ev sahibliyi edəcəyi Avropa çempionatında Neslihan Dəmirin köməyindən yararlana bilməyəcək.

 

Buna səbəb “Dəmir biləy”in zədədən yeni qayıtması göstərilir. 34 yaşlı ulduz hücumçu şərəfini qoruduğu “Qalatasaray”la məşqlərə başlasa da, onun durumunun qənaətbəxş olmadığı bildirilir.

 

Qeyd edək ki, C qrupunda yer alan Türkiyə matçlarını Bakıda keçirəcək. “Ay-ulduzlular” Rusiya, Ukrayna və Bolqarıstanla üz-üzə gələcək. 

0