1 Sentyabr 17:08 Avro-2017: Yarımfinalçılar bəllidi
TOP OYUNLARI xəbərləri 1 Sentyabr 17:08
903 baxış

Avro-2017: Yarımfinalçılar bəllidi

Kişi voleybolçular arasında Avropa çempionatında 1/4 final mərhələsi başa çatıb. Apasport.az saytının məlumatına görə, Polşada keçirilən yarışda artıq yarımfinalçılar bəllidi.

 

Belə ki, Krakovda baş tutan qarşılaşmalarda Serbiya Bolqarıstanı, Rusiya Sloveniyanı 3:0 hesabı ilə məğlub edib. Katovitsedə isə Çexiya Almaniyadan cəmi 1 set alsa da, İtaliya Belçikaya “quru hesab”la uduzub.

 

Beləliklə, Krakovda olacaq yarımfinalda Serbiya Almaniya ilə, Rusiya Belçika ilə üz-üzə gələcək. Görüşlər sabah olacaq.

 

Mükafatçıların adına isə sentyabrın 3-də aydınlıq gələcək.

 

Qeyd edək ki, qadın voleybolçular arasında keçiriləcək Avro-2017 Azərbaycan və Gürcüstanda olacaq. 

Xəbər lenti