[b]Avro-2019 4 ölkədə keçiriləcək[/b]
01.09.2017 - 17:45
[b]Avro-2019 4 ölkədə keçiriləcək[/b]

Avropa Voleybol Konfederasiyası (CEV) növbəti yeniliyə imza atıb. Apasport.az saytının məlumatına görə, CEV Krakovda keçirdiyi 38-ci Baş Assambleyasında tarixi qərar verib.

 

Belə ki, 2019-cu ildə qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi 4 ölkədə təşkil olunacaq. Azərbaycan və Gürcüstandan estafeti Çexiya, Polşa, Macarıstan və Türkiyə alacaq. CEV hansı ölkənin hansı mərhələyə ev sahibliyi edəcəyini bu günlərdə açıqlayacaq.

 

CEV final mərhələsinin 2 ölkədə keçirilməsinə isə 2007-ci ildə qərar vermişdi. Həmin vaxtdan həlledici oyunlara yalnız Polşa (2009) tək ev sahibliyi etmişdi.

 

Qeyd edək ki, Avro-2017 Bakı, Tiflis və Göygöldə keçiriləcək. Mükafatçıların adına isə paytaxtımızda aydınlıq gələcək. 

0