2 Oktyabr 14:33 Avro-2019: Azərbaycanı gözləyən “11-lik”
TOP OYUNLARI xəbərləri 2 Oktyabr 14:33
2627 baxış

Avro-2019: Azərbaycanı gözləyən “11-lik”

2019-cu ildə qadın voleybolçular arasında keçiriləcək Avropa çempionatının 12 iştirakçısının adı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, bu komandalardan 8-i qitənin ən mötəbər yarışına vəsiqəni Bakıda əldə edib.

 

Belə ki, Çexiya, Macarıstan, Polşa və Türkiyə yarışa birgə ev sahibliyi edəcəklərindən onların Avro-2019-da iştirakı rəsmiləşmişdi. Azərbaycan və Gürcüstanın birgə ev sahibliyi etdiyi qitə çempionatında isə yığmamızla yanaşı, Serbiya, Hollandiya, Türkiyə, İtaliya, Rusiya, Belarus, Almaniya və Bolqarıstan da bu hüquqa yiyələndi. Sonuncular 9-cu olsalar da, türklərin 3-cü yeri tutması işlərinə yarayıb.

 

Beləliklə, 2 il sonra baş tutacaq Avropa çempionatının yarısı müəyyənləşib. Digər 12 yığma isə seçmə mərhələlərin yekununa əsasən dəqiqləşəcək. 

Xəbər lenti