[b]Avroliqa: “Real” səfərdə, MOİK evdə... - VİDEO[/b]
20.04.2018 - 10:00
[b]Avroliqa: “Real” səfərdə, MOİK evdə... - VİDEO[/b]

Kişi basketbolçuların Avroliqa turnirində pley-off mərhələsi davam edir. Apasport.az saytının məlumatına görə, ötən gün iki görüş keçirilib.

 

Doğma meydanda “Ximki” ilə qarşılaşan Moskva MOİK-i ikinci qələbəsini qazanaraq, “Dördlər finalı”na daha da yaxınlaşıb. Digər matçda isə “Real” səfərdə “Panatinaikos”dan güclü olub. Beləliklə, Madrid klubu seriyaya tarazlıq gətirib.

 

Avroliqa

Pley-off

 

MOİK (Rusiya) – “Ximki” (Rusiya) – 89:84

Seriyada hesab: 2-0 (MOİK)

 

“Panatinaikos” (Yunanıstan) – “Real” (İspaniya) – 82:89

Seriyada hesab: 1-1

 

Qeyd edək ki, seriyaların gedişində üç qələbə qazanan komandalar Serbiyanın paytaxtı Belqrad şəhərində keçiriləcək “Dördlər finalı”na vəsiqə əldə edəcəklər.

0