24 Oktyabr 14:02 “Avropa çempionatında Azərbaycanın 4-cü yeri tutması böyük uğurdu” - FOTO
TOP OYUNLARI xəbərləri 24 Oktyabr 14:02
1159 baxış

“Avropa çempionatında Azərbaycanın 4-cü yeri tutması böyük uğurdu” - FOTO

“İkinci dəfədi ki mənə, Azərbaycanda belə bir seminarı keçirmək həvalə olunub. Bu, I dərəcəlidi”. Apasport.az saytının məlumatına görə, bunu türkiyəli voleybol mütəxəssisi Necat Sancak deyib.

 

Bakıda voleybol məşqçilərinin seminarı öz işinə başlayıb. Oktyabrın 26-dək davam edəcək kurslarda iştirak edəcək mütəxəssislər FİVB-nin I dərəcəli məşqçi sertifikatına yiyələnəcəklər. Tədbir Milli Olimpiya Komitəsi və Azərbaycan Voleybol Federasiyasının (AVF) birgə əməkdaşlığı ilə keçirilir.

 

Seminara FİVB tərəfindən göndərilən türkiyəli mütəxəssis Nejat Sancak bildirib ki, belə kursların keçirilməsi yerli mütəxəssislər üçün çox yaxşı fürsətdi: “Azərbaycanda voleybol çox sevilir. Avropa çempionatı kimi böyük yarışa ev sahibliyi etdiz və 4-cü yeri tutduz. Bu böyük uğurdu. Seminar da yüksək səviyyədə təşkil olunub. Bizim dərsləri keçirməyimiz üçün lazımı şərait yaradılıb. İnanıram ki, bu cür seminarlar daha çox təşkil olunacaq və yaxşı mütəxəssislər yetişəcək”.

 

Milli Olimpiya Komitəsinin marketinq idarəsinin rəhbəri Mehman Kərimov da vurğulayıb ki, əsas məqsəd yerli mütəxəssisləri yetişdirməkdi: “Qarşıdakı illərdə bu seminarın növbəti mərhələlərini keçirməyi də düşünürük. Oktyabrın 25-26-da iştirakçılar sertifikat əldə etmək üçün imtahan verəcəklər, onlara uğurlar arzu edirəm”.

 

Azərbaycan Voleybol Federasiyasının nümayəndəsi Nərgiz İsmayılova isə bildirib ki, seminar iştirakçıları lazımı biliklər qazanacaqlar və gələcəkdə tanınmış komandalarda məşqçi olaraq işləyəcəklər.

 

Qeyd edək ki, seminara 31 mütəxəssis qatılıb. Onlardan 7-si əcnəbi, 24-ü yerli məşqçilərdi.

 

 

Xəbər lenti

Xəbər lenti