[b]“Avropa çempionatından sonra əhvalım yaxşıdı” - Natalya Məmmədova[/b]
11.10.2017 - 10:53
[b]“Avropa çempionatından sonra əhvalım yaxşıdı” - Natalya Məmmədova[/b]

Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədova Rusiyada ictimaiyyətə təqdim olunub. Apasport.az saytının məlumatına görə, Superliqada yenidən 9 nömrəli formanı geyinəcək 33 yaşlı hücumçu Kazan “Dinamo”suna transferindən və az öncə başa çatan Avropa çempionatından danışıb.

 

- Siz son 3 ili İsveçrədə “Volero”da keçirmisiz. Bunun ardından yenidən Rusiyaya qayıtmaq çətin deyildi ki?

- Həqiqətən, mən 3 il idi Rusiyada oynamırdım. Amma Superliqanı izləyirdim, hər şeydən məlumatlı idim. Buna görə də təklif alan kimi razılaşdım. Çünki Kazan “Dinamo”su öz tarixi və reputasiyası ilə Rusiyanın ən güclüsüdü. Baş məşqçi Rişat Qilyazutdinovla tanış deyildim. Amma buna baxmayaraq, onunla işləmək mənə maraqlı gəldi. Qilyazutdinova inanıram. Adətən Rusiyanın iqlimi və səfərləri insanı bir az qorxudu. Amma zaman keçdikcə buna uyğunlaşırsan. Komandaya maksimum nəticələrə imza atmağa və çempion titulunu qaytarmağa kömək etmək istəyirəm.

 

- Avropa çempionatından sonra motivasiyanız necədi?

- Əhvalım müsbətdi, yaxşıdı. Avropa çempionatını demək olar ki, kifayət qədər yaxşı keçirdik. Əlbəttə, medal qazana bilərdik, amma alınmadı. Buna baxmayaraq, Azərbaycan prezidenti bizimlə görüşdə ölkədə voleybolun inkişafından razı qaldığını bildirdi. Buna görə də emosiyalar yüksək səviyyədədi.

 

- Azərbaycan və İsveçrədə xeyli sayda qızıl medal əldə etmisiz. Kolleksiyanızı Rusiyada da zənginləşdirmək arzunuz varmı?

- Əlbəttə. Bura elə onun üçün gəlmişəm. Rusiya çempionatının qızıl medalını qazanmaq istəyirəm. Bir daha sübut etməliyik ki, Kazan “Dinamo”su Avropanın yaxşı klubudu, Rusiyada isə 100 faiz ən yaxşıdı. Rəhbərliyin və azarkeşlərin mənə göstərdikləri etimadı doğrultmağa çalışacağam.

Mənbə: dinamo-kazan.com

0