[b]Avropa Liqası: Millimizin 2 oyunçusu bombardirləri arasında[/b]
24.05.2018 - 12:00
[b]Avropa Liqası: Millimizin 2 oyunçusu bombardirləri arasında[/b]

Qızıl Avropa Liqasında II turun yekununa əsasən ən yaxşı voleybolçuların adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Top-10”da Azərbaycan millisinin 4 oyunçusu yer alıb.

 

Belə ki, bombardirlik yarışında Katerina Jidkova 5-cidi. O, 8 setə 33 xal toplayıb. Təmsilçimiz birinci yerin sahibi Anastasiya Kraydubadan (Ukrayna) 8 xal geri qalır. Bu siyahıda Yelizaveta Səmədova 9-cudu. Hücumçumuz 29 xal yığıb.

 

Blokçuların mübarizəsində isə Aynur İmanova 4-cü, Olena Həsənova 10-cu yerdədi. Onlar müvafiq olaraq, 8 və 5 dəfə rəqib hücumunun qarşısını xalla alıblar. Bu siyahıda birinci olan Xristina Ruseva (Bolqarıstan) 16 xalla ən yaxın izləyicisini 7 xal qabaqlayır.

0