[b]Avropa Liqası: Oyunlarımız kimə tapşırıldı?[/b]
21.06.2017 - 12:00
[b]Avropa Liqası: Oyunlarımız kimə tapşırıldı?[/b]

Kişi voleybolçular arasında Avropa Liqasının II dövrəsinin matçlarını idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası (CEV) Azərbaycan millisinin də mübarizə aparacağı A qrupunun qarşılaşmalarında ədaləti qoruyacaq referiləri müəyyənləşdirib.

 

İyunun 23-25-də Albaniyada baş tutacaq qarşılaşmaları 4 ədalət təmsilçisi qoruyacaq. CEV Tiranaya Yevgeni Makşanov (Rusiya), Tibor Halaş (Macarıstan), Mixail Koutsoulas (Yunanıstan) və Mamdou Bakloutini (Fransa) ezam edib.

 

Onlar qrup mərhələsi çərçivəsində Albaniya, İsveç, Azərbaycan və Makedoniyanın oyunlarında bir-birlərini əvəzləyəcəklər. 

0