26 Fevral 14:59 “Ayaçço”nun avrokubok matçı həmyerlimizə tapşırıldı
TOP OYUNLARI xəbərləri 26 Fevral 14:59
424 baxış

“Ayaçço”nun avrokubok matçı həmyerlimizə tapşırıldı

Avropa Voleybol Konfederasiyası (CEV) daha bir azərbaycanlı hakimə növbəti təyinat göndərib. Apasport.az saytının məlumatına görə, Fikrət Axundov CEV kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində keçiriləcək oyuna dəvət alıb.

 

O, Ayaçço kişi voleybolçular arasında təşkil olunacaq “Ayaçço” (Fransa) – “Asseko Resovia” (Polşa) matçında əsas hakim funksiyasını yerinə yetirəcək. Fevralın 28-də baş tutacaq görüşdə həmyerlimizə almaniyalı Mirko Till köməklik edəcək.

 

Qeyd edək ki, bu komandalar arasında ilk matçda polşalılar 3:0 hesabı ilə qalib gəliblər.

 

Xəbər lenti