21 May 17:42 Aynur İmanova 1-ci, Katerina Jidkova 9-cu yerdə
TOP OYUNLARI xəbərləri 21 May 17:42
304 baxış

Aynur İmanova 1-ci, Katerina Jidkova 9-cu yerdə

Qadın voleybolçular arasında Qızıl Avropa Liqasının I turunun statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, 3 qrupda baş tutan 6 matçın yekununa əsasən müəyyənləşən ən güclülər sırasında Azərbaycan millisinin oyunçuları da yer alıblar.

 

Belə ki, Ukraynaya 3:1 hesabı ilə qalib gəldiyimiz oyununun nəticəsinə əsasən Aynur İmanova blokçuların yarışında birincidi. O, 4 setdə 6 dəfə keçilməz olub. Ondan 1 xal geri qalan Olena Həsənova 6-cı pillədədi.

 

Bombardirlərin yarışında isə ən yaxşı göstəriciyə malik voleybolçumuz Katerina Jidkovadı. Ukraynalılardan 17 xal alan təmsilçimiz siyahıda 9-cu yerdədi.

Xəbər lenti