[b]Azar “Real”a keçə bilər[/b]
25.06.2018 - 10:36
[b]Azar “Real”a keçə bilər[/b]

“Çelsi” ilə müqaviləsinin bitməsinə iki il qalan Eden Azar karyerasını “Real”da davam etdirə bilər. Apasport.az saytının “Marca”ya istinadən məlumatına görə, Belçika millisinin üzvünün atası Tyerri Azar Madrid klubu ilə danışıqlar aparaq, oğlunu təklif edib.

 

Azarın atasının “Real” və “Liverpul” arasında oynanılan Çempionlar Liqasının finalından öncə rəhbərliklə görüşdüyü məlum olub. Danışıqlar əsnasında Tyerri oğlunun “Çelsi” ilə müqavilə yeniləməkdən imtina etdiyini və 120 milyon avro qarşılığında iş yerini dəyişməyə hazır olduğunu bildirib.

 

Mənbənin iddiasına görə, “Real” bütün bunlara rəğmən, hələ də Eden Azarı PSJ-nin ulduzu Neymarın alternativi qismində görür.

0