13 Dekabr 09:44 Azərbaycan Avropa Liqasından imtina etdi – rəsmi
TOP OYUNLARI xəbərləri 13 Dekabr 09:44
5315 baxış

Azərbaycan Avropa Liqasından imtina etdi – rəsmi

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasında iştirak etməyəcək. Apasport.az saytının məlumatına görə, Voleybol Federasiyası bu il sonuncu yeri tutan Fərid Cəlalovun yetirmələrinin yarışda iştirakını məqsədəuyğun saymayıb.

 

Nəticədə yeni ildə baş tutacaq yarışın Qızıl Liqasında 12, Gümüş Liqasında 8 yığma mübarizə aparacaq. Bu il yarışın mükafat məbləği də rekord həddədi - 413 min avro. Həm kişilərin, həm də qadınların yarışında çempion olacaq yığma 125 min avro qazanacaq.

 

Artıq kişi komandaların da qrupları müəyyənləşib:

 

Qızıl Avropa Liqası

A qrupu: Belçika, Estoniya, Slovakiya, İsveç

B qrupu: Sloveniya, Hollandiya, Türkiyə, Ukrayna

C qrupu: Finlandiya, Çexiya, Portuqaliya, İspaniya

 

Gümüş Avropa Liqası

A qrupu: Makedoniya, Latviya, Avstriya, Kosovo

B qrupu: Belarus, Xorvatiya, Macarıstan, Albaniya

 

Qeyd edək ki, qadınlardan ibarət millimiz Qızıl Avropa Liqasında gücünü yoxlayacaq. Komandamız Bolqarıstan, Ukrayna və Portuqaliya ilə A qrupunda oynayacaq.