[b]Azərbaycan çempionatında son turlar formallığa çevrildi – mükafatçılar dəqiqləşdi[/b]
06.04.2018 - 10:30
[b]Azərbaycan çempionatında son turlar formallığa çevrildi – mükafatçılar dəqiqləşdi[/b]

Qadın voleybolçular arasında Azərbaycan çempionatının mükafatçılarının adları dəqiqləşib. Apasport.az saytının məlumatına görə, bu, Super Liqanın X turunun yekunlarına əsasən müəyyənləşib.

 

Belə ki, IX turda Azərbaycan çempionu bilindiyindən hesabat turu gümüş medal baxımından böyük əhəmiyyət kəsb edirdi. “Lokomotiv”lə qarşılaşan “Abşeron” 3:0 hesabı ilə qalib gələrək, vaxtından əvvəl ikinci yeri özü üçün təmin edib. Onların debüt mövsümündə gümüş əldə etməsində “Azərreyl” – AVF görüşünün də rolu olub. Qızıl medallara sahib olan “dəmiryolçular” “quru hesabla” qalib gəldiklərindən Adnan Kistakın komandası ilə “Abşeron” arasındakı xal fərqi 8-ə çatıb ki, bunu da qarşıdakı 2 turda aradan qaldırmaq mümkün olmayacaq.

 

Qeyd edək ki, “Lokomotiv”in mükafat qazanmayacağı IX turda dəqiqləşmişdi.

0