[b]Azərbaycan çempionatının bir oyunu təxirə salındı - RƏSMİ[/b]
16.02.2018 - 13:13
[b]Azərbaycan çempionatının bir oyunu təxirə salındı - RƏSMİ[/b]

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının IV turunun 1 qarşılaşması təxirə salınıb. Apasport.az saytının məlumatına görə, sabah baş tutmalı olan “Sərhədçi” – “Ekspress” matçı oynanılmayacaq.

 

Buna səbəb “Ekspress” klubunun Azərbaycan Voleybol Federasiyasına (AVF) müraciəti olub. Belə ki, komanda bir sıra oyunçularının zədəli və səhhətində problemlərin olmasını əsas gətirərək, qarşılaşmanın başqa vaxta keçirilməsi istəyib. AVF “Ekspress”in istəyinə müsbət cavab verib.

 

Görüşün tarixi isə yaxın günlərdə dəqiqləşəcək.
 

0