[b]Azərbaycan çempionatının final mərhələsinin təqvimi dəqiqləşdi[/b]
10.04.2018 - 14:43
[b]Azərbaycan çempionatının final mərhələsinin təqvimi dəqiqləşdi[/b]

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının pley-off və final mərhələlərinin keçirilmə günü və başlama saatı açıqlanıb. Apasport.az saytının məlumatına görə, həlledici görüşlər aprelin 14-də start götürəcək.

 

2 qələbəyədək davam edəcək mərhələnin növbəti qarşılaşmaları aprelin 16-na təsadüf edəcək. Əgər ehtiyac olarsa, komandalar üçüncü matçlarını 1 gün sonra keçirəcəklər.

 

Final mərhələsində də 2 dəfə qalib gələcək klub ya qızıl, ya da bürünc medala yiyələnəcək. Bu mərhələnin görüşləri aprelin 19-da və 21-də oynanılacaq. Əgər hansısa komanda hərəyə 1 qələbə qazanarsa, üçüncü qarşılaşmanı aprelin 23-də keçirəcəklər.

 

Qeyd edək ki, çempionatın əsas hissəsi aprelin 12-də başa çatacaq. “Lokomotiv”in birinci, “Sərhədçi”nin ikinci və “Neftçi”nin üçüncü yeri tutacağı dəqiqləşib. Dördüncü yer üçün isə MOİK və U-18 komandaları mübarizə aparırlar.

 

Pley-off mərhələsi

İlk oyunlar

14 aprel

15:00. “Lokomotiv” – IV yerin sahibi

Voleybol Mərkəzi

 

17:30. “Sərhədçi” – “Neftçi”

“Sərhədçi” Olimpiya İdman Mərkəzi

 

İkinci oyunlar

16 aprel

15:00. “Neftçi” - “Sərhədçi”

Voleybol Mərkəzi

 

17:30. IV yerin sahibi – “Lokomotiv”

Voleybol Mərkəzi

 

Ehtiyat gün: 17 aprel (oyunlar “Sərhədçi” Olimpiya İdman Mərkəzində)

 

Final mərhələsi

Birinci oyunlar

19 aprel

15:00. Bürünc medal uğrunda (yarımfinalın məğlubları)

Voleybol Mərkəzi

 

17:30. Final (yarımfinalın qalibləri)

Voleybol Mərkəzi

 

İkinci oyunlar

21 aprel

15:00. Bürünc medal uğrunda

“Sərhədçi” Olimpiya İdman Mərkəzi

 

17:30. Final

“Sərhədçi” Olimpiya İdman Mərkəzi

 

Ehtiyat gün: 23 aprel (oyunlar Voleybol Mərkəzində)

0