14 Aprel 11:01 Azərbaycan çempionatının son turunun başlama saatı dəyişdirildi
TOP OYUNLARI xəbərləri 14 Aprel 11:01
415 baxış

Azərbaycan çempionatının son turunun başlama saatı dəyişdirildi

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının sonuncu turunun oyunlarının başlama saatında dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, sabah başa çatacaq ölkə çempionatının qarşılaşmaları nəzərdə tutulduğu vaxtda keçirilməyəcək.

 

Belə ki, XII turun görüşləri 2 saat irəli çəkilib. Bu səbəbdən də AVF – “Lokomotiv” oyunu saat 13:00-da, “Azərreyl” – “Abşeron” matçı isə saat 15:00-da start götürəcək. Qarşılaşmalar başa çatdıqdan sonra Super Liqasının rəsmi bağlanış mərasimi təşkil olunacaq.

 

Qeyd edək ki, artıq çempionatın mükafatçıları bəllidi. “Azərreyl”in birinci olduğu yarışda, “Abşeron” ikinci, AVF üçüncüdü.

Xəbər lenti